Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


21.10.2025  23:12 

Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov





A+  A-

"Atletik"lə (Bilbao, İspaniya) matçda "Qarabağ" futbolçuları çox hərəkət etməli olacaqlar.

XəzərNews.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. "Atletik" özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. "Atletik"in oyun tempinə davam gətirmək istəyirik".

O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib:

"Ola bilsin, formasından bir az uzaq qalıb. Onun təcrübəsindən hər zaman yararlanmaq istəyirik. Lakin əsas heyətdə meydana çıxıb-çıxmayacağına qərar verməmişəm. Nəriman Nərimanovla Kamilo Duran isə çox yaxşı formadadırlar. Özlərini həm oyunlar, həm də məşqlər zamanı yaxşı tərəfdən göstərirlər. Sabaha qədər vaxtımız var. Əsas heyətdə kimlərin çıxış edəcəyini müəyyənləşdirəcəyik".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər 2106 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +