Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


06.09.2020  15:48 

Çimərliklərdə nəzarət tədbirləri davam edir





A+  A-

Paytaxtda çimərlik mövsümünün sonu yaxınlaşmasına baxmayaraq vətəndaşların çimərliklərə istirahətə gəlişi davam edir.
XəzərNews.az xəbər verir ki, bununla əlaqədar olaraq çimərliklərdə sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumları tərəfindən karantin şəraiti nəzərə alınaraq tədbirlər davam etdirilir, vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə bu barədə mütəmadi xəbərdarlıqlar edilir.

Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri ciddi nəzarətdə saxlanılıb, kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edirlər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.

Çimərlik mövsümünün sonu yaxınlaşdığından şənbə və bazar günlərində bura insan axınının çox olması nəzərə alınaraq xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir, çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nəzarəti artırılıb.

Çimərliklərə gələnlərin sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. İstirahətə gələn vətəndaşların sayını “Asan könüllüləri” qeydə alır və bura girişi tənzimləyirlər.

Görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımı tədbirlər həyata keçirilir.

Xəbər 3484 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +