Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


21.01.2025  14:19 

Miqrantlar vergi güzəştlərindən məhrum edilir?





A+  A-

LDPR fraksiyasının bir qrup deputatı Rusiyada əmək müqaviləsi və ya patent əsasında işləyən əcnəbi vətəndaşların statusundan asılı olmayaraq fərdi gəlir vergisini ödəyərkən vergi güzəştləri almaq hüququndan məhrum etməyi təklif edib. Müvafiq qanun layihəsi yanvarın 21-də Dövlət Dumasına təqdim edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyasının Vergi Məcəlləsinin 2-ci hissəsinin 210-cu maddəsinə edilən dəyişikliklər regional büdcələrin əcnəbilərə ayırmaların ödənilməsi üçün xərclərini azaldacaq və qənaət olunan vəsait sosial problemlərin həllinə yönəldiləcək.

“Vergi ayırmaları ilk növbədə Rusiya vətəndaşlarına yönəldilməli olan sosial dəstək formasıdır. Ölkəmizdə yaşayıb işləyən, iqtisadiyyatımıza sərmayə qoyanlar üçün. Əmək miqrantları burada pul qazansalar da, pulun böyük hissəsini öz ölkələrinə göndərirlər, onlar və ailələri bizim infrastrukturdan istifadə edirlər”, - deyə bildirilib.

Vüqar
XəzərNews.az



Xəbər 3866 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +