“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


22.02.2023  11:41 

Qaxda 46 sm qar yağıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi dağlıq ərazilərdə arabir qar yağıb.

XəzərNews.az Xidmətə istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə 25 sm, Daşkəsəndə 9 sm, Qrızda 7 sm, Xaltanda 5 sm, Şahdağda 3 sm olub.

Şimal-qərb küləyi arabir Ağdamda 26 m/s, Qobustanda 25 m/s, Tərtər, Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Şəki, Mingəçevir, Göyçayda 22 m/s, Zərdab, Qəbələdə 20 m/s, Gəncə, Kəlvəz, Yevlax, İsmayıllıda 18 m/s, Sabirabad, Şahdağ, Qax, Altıağac, Qubada 17 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Fevralın 21-də Bakıda iqlim normasından 2.3° yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-6° isti, Naxçıvanda 0-5° şaxta, dağlıq rayonlarda 8°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.


Xəbər 917 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +