“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


27.07.2022  14:14 

Şuşaya yağan yağış





A+  A-

Mən dünyaya gələndə Şuşa düşmənlər tərəfindən işğal olunmuşdu. İlk dəfə “ Şuşa” sözünü nə vaxt eşitdiyim yadımda deyil.

Bəlkə də Məmməd babamın Şuşada çəkdirdiyi şəklə baxanda anamdan eşitmişəm “ Şuşa” sözünü? Bəlkə anamın Şuşada, İsa bulağında çəkdirdiyi şəklə baxanda anam bu şəhər haqda mənə danışıb? Ən çox yadımda qalan odur ki, biz məktəbdə oxuyanda torpaqlarımızın işğal olunduğu günləri əzbərləyirdik.

Şuşanın işğal tarixi: 8 may,1992-ci il. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu.

Məktəbli olanda Şuşanın işğal tarixini əzbərləyərkən heç vaxt ağlıma da gəlməzdi ki, illər keçəcək, 2022-ci ilin iyulun 22-də Mətbuat gününü Şuşada bayram edəcəm.

Ağlıma da gəlməzdi ki, Şuşadan Bakıya qayıdarkən Füzuli hava limanında təyyarəyə minəcəm, həyatımda ilk dəfə...

Şuşada olmaq, onun təmiz havasını udmaq,yaşıllığa bürünmüş dağlarını seyr etmək bir vaxt mənə yuxu kimi gələrdi...

Yuxularımız həqiqətə çevrildi...

Biz orda olanda qəflətən yağış yağdı. Sanki göylərdən sevinc göz yaşları yağırdı üstümüzə. Şuşa yağışında islandıq. Şuşa yağışı hopdu üzümüzə.

Biz Bakıya yola düşəndə qaranlıq idi. Amma ürəyimdə sanki bir işıq yanırdı. Sanki Şuşada qürub edən günəşin bir zərrəsi ürəyimə köç etmişdi - əbədi olaraq.

Biz Şuşada olanda qəflətən yağış yağdı...

Şuşa azad olunandan bəri o qədər yağış yağıb ki...

Güclü yağışlar düşmənlərin bütün ayaq izlərini yuyub...

Şəhid qanıyla suvarılmış o torpaqlara yağan yağışların hər damlası bir qırmızı çiçəyə dönüb o torpaqda əbədi məskən salıb...

Şuşaya yağan yağışın hər damlası bir çiçəkdır...

Gültən Qədirli

Xəbər 1804 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +