Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


13.01.2021  09:47 

Qanunsuz ov edənlər cəzalandırıldı





A+  A-

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Lənkəran və Astara rayonlarının Xəzər dənizi sahillərində, Ağcabədi rayonunun daxili su hövzəsində, Mingəçevir, Şəmkir su anbarlarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Xidmətin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Şəmkir rayon sakini Abbas Abbasov, Astara şəhər sakinləri Əsgər Abdullayev, Mehman Xocaxanov, Lənkəran rayon sakinləri Ramiz Qulamov, Samir Əsədullayev, İlkin Qulamov, Mingəçevir şəhər sakinləri Füzuli İlyasov, Tural Allahverdiyev, Yevlax rayon sakini Səyyar Ağayev, Sumqayıt şəhər sakini Rəhman Hüseynov, Bakı şəhər sakini Sevda Hüseynova, Xızı rayon sakini Sultan Hüseynov olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən İmişli rayon sakini Zaur Ələkbərov, Şəki rayon sakini Əfqan Hidayətov və Ağstafa rayon sakini Rufin Gülümcanov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

Xəbər 2310 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +