Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


19.12.2018  09:26 

Qaydalar dəyişdirilir...





A+  A-

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli yeni dövrün tələblərindən irəli gələrək müsabiqə qaydalarında müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə əlaqədar KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib.

V.Səfərli həmçinin bildirib ki, yeni qaydalar hazır olana qədər qəzetlər müsabiqəyə sənədləri mövcud şərt və meyarlar əsasında təqdim edəcəklər.

İcraçı direktor 2019-cu ilin I rübü üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin dekabrın 19-dan 27-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Daha sonra müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib

Xəbər 1946 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +