“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


18.03.2024  13:36 

Polis bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq





A+  A-

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Xəzərnews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək.

Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.

Xəbər 1001 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +