Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


19.01.2018  13:29 

Ermənistan iqtidarı prezidentliyə namizədini ELAN ETDİ





A+  A-

Böyük ehtimalla Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırki dövlət başçısı Serj Sarkisyan bu gün prezident iqamətgahında onu qəbul edərək, ölkənin 4-cü prezidenti olmasını təklif edib.

Armen Sarkisyan iş adamı və Ermənistanın Böyük Britaniyadakı səfiri kimi ictimaiyyətə tanınır.

Beləliklə, Armen Sarkisyan bu il martın 2-10 aralığında keçiriləcək prezident seçkilərindən hakim Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olacaq.

A.Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. A.Sarkisyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.

2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. O, həm də bir neçə iri şirkətin sahibi olaraq tanınır...

Xəbər 3036 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +