İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


26.01.2024  03:47 

Venesuela parlamenti ölkədə vəziyyətin sabitliyinin pozulmasına qarşı qəti tədbirlər görəcək





A+  A-

Venesuelanın Milli Assambleyası (Parlamenti) ultra sağçı müxalifətin və muzdluların ölkədəki vəziyyəti sabitləşdirmək cəhdlərinə qarşı "qətiyyətli güc tədbirləri"nin qəbul edilməsi məsələsini müzakirəyə çıxaracaq.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bunu “Venezolana de Television” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında Milli Assambleyanın sədri Xorxe Rodriqes bildirib.

Rodriqes qeyd edib ki, Baş Prokurorluq tərəfindən aşkarlanan sui-qəsdlər "qanunverici orqanı respublikanın sülhünü təhdid edənlərə qarşı dərin, radikal qərarlar və şiddətli tədbirlər görmək üçün açıq müzakirələrə vadar edir". O, vurğulayıb ki, “bütün bu proseslərin mənşəyi 2019-2021-ci illər arasında (müxalifətin-red) planları və qətl hərəkətləridir, çünki “bütün satqınlar və fərarilər bu dövrlərdə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Kolumbiya ordusunun kəşfiyyat xidməti tərəfinə cəlb olunub”.

“Bizdə sui-qəsdçiləri cəlb edən MKİ agentlərinin adları var”, - Rodriqes vurğulayıb.

Xəbər 1316 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +