14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


23.03.2021  15:11 

Azərbaycanlı ailə ABŞ dövlətini aldadıb - 7,4 milyonluq qalmaqal





A+  A-

ABŞ-da yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunub.
XəzərNews.az ABŞ mediasına istinadən xəbər verir ki, Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqdan təqsirli bilinir.

Ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

ABŞ Prokurorluğunun Ohayo Federal Bölgəsi üzrə sözçüsü Daniel Ballın sözlərinə görə, ailənin digər dörd üzvünün - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezin də bu işdə əli olduğu güman edilir. Bu səbəbdən onlara qarşı da ittiham irəli sürüləcəyi istisna deyil.

O bildirib ki, fırıldaqçılıqla ələ keçirilmiş bütün vəsait geri alınacaq.

Bildirilib ki, Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigez, Aydın Kələntərov və Günay Kələntərli Kiçik və Orta Biznes İdarəsini aldatmaq üçün əlbir olublar.

Araşdırma nəticəsində Kələntərovların altı üzvünün Ohayonun şimal-şərqindəki üç evdə onlarla fermer təsərrüfatı təsis etdiyi üzə çıxıb. Saxta şirkətlərə “Fresh Ohio Berries”, “Ohio Natural Beets”, “Organic Ohio Broccoli” kimi adlar verilib.

Ailə bundan sonra hökumətə müraciət edərək, ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti alıb. Dövlət fırıldaqçılıqdan sonradan xəbər tutub.

Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin vevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.

Xəbər 1429 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +