“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.09.2020  14:12 

8 ayda 290 km qaz xətti təmir edilib





A+  A-

2020-ci ilin yanvar-iyul aylarında 328,9 km qaz kəmərləri əsaslı təmir edilib.
XəzərNews.az xəbər verir ki, Bakı Regional Qaz İstismar Departamenti, regional qaz istismar idarələri və Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən isə daxili imkanlar hesabına 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28,37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. O cümlədən, dayaqlar üzərinə qaldırılması nəzərdə tutulan 258 361 metr borudan 96 302 metri (37.2 %) dayaqlar üzərinə qaldırılıb, rənglənməsi nəzərdə tutulan 337 228 metr borunun 103 315 metrlik hissəsi (30.6 %) rənglənib.

Regionlar üzrə 17 yeni salınmış yaşayış massivinə, 4 yaşayış məntəqəsinə (o cümlədən avqust ayında 1 yaşayış massivi, 4 yaşayış məntəqəsi) təbii qazın verilməsi təmin edilib.

Son illər Azərbaycan ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Belə ki, hal-hazırda ümumi əhali abonent sayı 2 milyon 300 minə yaxınlaşmaqdadır.

Xəbər 1840 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +