Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


28.06.2022  18:45 

BNA: “Bir sıra marşrut xətləri üzrə avtobusların hərəkətində ləngimələr var“





A+  A-

Hazırda paytaxtın Mikayıl Useyinov küçəsi ilə Azneft meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunan sıxlıq səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında 10-15 dəqiqə ləngimələr var.

Bu barədə XəzərNews.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Vahid Dispetçer Xidmətinin məlumatına görə, bu dəqiqələrdə 10-dan artıq avtobus sıxlıqda qalmaqdadır ki, bu da onlarla insanın lüzumsuz vaxt itirməsi deməkdir.

Həmin istiqamətdə avtobusların rahat və maneəsiz hərəkəti üçün xüsusi zolaq təşkil olunub. Lakin digər sürücülərin zolağın tələbinə riayət etməməsi xüsusilə də pik saatlarda avtobusların hərəkətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Nəticədə Azneft dairəsi - İçərişəhər, eləcə də Azneft dairəsi - Neftçilər prospekti - 28 May və əks istiqamətlərdə dayanacaqlarda sərnişinlər uzunmüddətli gözləməli olurlar.

BNA bir daha fərdi avtomobil sürücülərini sosial anlayış nümayiş etdirərək avtobus zolağının tələbinə ciddi riayət etməyə çağırır.

Xəbər 2864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +