Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü
Müşfiqabad və 28 Mayda işıq olmayacaq
Evlər, həyətlər, Hətta küçələr də suya qərq olub... - Video
Məcburi köçkünlərə verilən müavinət dayandırılacaq
Ərdoğan Viktor Orbanla görüşüb


05.12.2022  21:20 

“Oğlumun asılmış meyiti tapıldı” - Şikayət/Video





A+  A-

Ötən ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda intihar etdiyi bildirilən 1986-cı il təvəllüdlü Orxan Həsənovun ailəsi onun ölüm işinin obyektiv araşdırılmadığından şikayətçidir.

XəzərNews.az xəbər verir ki, bu barədə onun atası Fazil Həsənov Yeniavaz.com-a müraciətində bildirib.

F.Həsənovun sözlərinə görə, oğlu “Naxçıvanbank”ın Şərur filialında baş xəzinədar işləyib. Orxan 2021-ci ilin oktyabr ayının 12-də səhər işə gedib və günorta saat 15 radələrində işlədiyi bankı tərk edib. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb:
“Təhlükəsizlik xidmətinin Şərur şöbəsindən kiçik oğluma deyiblər ki, Orxan Türkiyəyə keçib, daha sonra onun Bakıya getdiyini, bir qədər sonra isə maşınının Şərurda Gümüşdağ istiqamətində təkərinin buraxdığını bildiriblər. Həmin gecə dağların arasında, heç kimin yaşamadığı ərazidə oğlumun asılmış meyiti tapıldı”.

Həsənovlar ailəsi Orxanın intiharına inanmadıqlarınını və Şərur Rayon Prokurorluğunun hadisəni düzgün araşdırmadığını düşünür. Mərhumun valideynlərinin sözlərinə görə, bankda xeyli pul yeyintisi olub və bunu Orxanın üstünə atıblar. Daha sonra izi itirmək üçün onu öldürüb, intihar hadisəsi kimi qələmə veriblər:

“Biz nə desək də, sözümüzə fikir verən olmadı, bildikləri kimi istintaq apardılar, biz bu istintaqdan narazıyıq. Xahiş edirəm, övladımın qanı batırılmasın, ölüm səbəbi üzə çıxsın, mənim övladımı məhv elədilər, öz haqqını, bizim haqqımızı tələb etdiyinə görə övladımı yox etdilər. Bizimlə maraqlanan yoxdur, bu hadisədən sonra kiçik övladım da işini itirdi. Xahiş edirəm, bizə köməklik göstərilsin”.

Mərhumun anası Raziyə Həsənova saytımıza açıqlamasında iddia edib ki, ailəni qorxutmaq üçün müəyyən vasitələrə əl atılıb: “Şərur Rayon Prokurorluqdan dedilər ki, bu oğlunu itirmisən. Ağzını açıb danışsan, balaca oğlun Allahverdini də itirərsən. Get, o biri oğlundan muğayat ol”.



Xəbər 2494 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +