“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin edildi
Əraqçinin xanımı Bibiheybət ziyarətgahında - Foto
Güclü yağıntılar gözlənilir - XƏBƏRDARLIQ
Mənsimovun stadionunu Şeyxin sabiq mühafizəçisi alıb
Həbibbəylinin intihar edən qohumunun - Fotosu
Nazir idarə rəisini işindən azad etdi
DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir


02.12.2022  21:42 

Müdafiə Nazirliyini aldadan iş adamı kimdir?





A+  A-

Hazırda həbsdə olan azərbaycanlı iş adamı, “Bina Tikinti Kompaniyası” MMC-nin sahibi Üzeyir Həsənov barəsində açılmış cinayət işinin detalları məlum olub.

İş adamı ümumilikdə 9 milyon manata yaxın dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. İttihama görə, Ü.Həsənov şirkətin baş mühasibi Emil Dadaşev və qeyriləri əlbir olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Ona etibar edilmiş xüsusilə külli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb.

Belə ki, Ü.Həsənov 2011-2017-cı illərdə Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində həyata keçirilən mərkəzi silah-sursat anbarlarının tikintisi, kommunikasiya xətləri, ərazinin abadlaşdırılması, tikinti və mebel avadanlıqlarının quraşdırılmasına görə dövlət büdcəsindən ayrılmış 7 milyon manatdan çox pulu mənimsəyib. Müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi yerinə yetirilmədiyi və dəyərlərinin artırıldığı halda rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib.

Bundan başqa, o, 2018-2019-cu illərdə baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasına görə dövlət büdcəsindən ayrılmış 1.8 milyon manatadan çox pulu mənimsəyib.

Ü.Həsənov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Ü.Həsənov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır./“Qafqazinfo”

Xəbər 2607 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto


BÜTÜN XƏBƏRLƏR +