Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


19.10.2022  08:48 

Ermənilər sərhəddə ağır artilleriyanı niyə yığır?





A+  A-

Ermənistan Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına ağır artilleriya qurğuları yığmağa başlayıb. Görünür, Fransa və İran tərəfindən heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirib və nəticə etibarilə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək xülyasına düşüblər.

Siyasi ekspert Məhəmməd Əsədullazadə məsələ ilə bağlı qeyd edib ki, Avropa İttifaqının Mülki Müşahidə Şurasının üzvləri artıq Ermənistandadır və onlar Azərbaycan tərəfinin guya təxribatlara əl atdığını göstərməyə çalışırlar.

"Şuranın hesabatında Azərbaycanı "təxribatçı" kimi göstərə bilərlər", - deyə ekspert əlavə edib.

Ermənistanın növbəti təxribatının anonsuna nümunə olaraq ölkənin Baş Qərargah rəisinin müavini Arakel Martikianın açıqlamasını da göstərmək olar. Belə ki, o, son müsahibəsində açıq şəkildə hücum planlarının olduğunu bildirib. Təbii ki, Ermənistan bununla bir tərəfdən də havadarları vasitəsilə regionda sülh və sabitliyə əngəl olmağa çalışır. Çünki terror və təxribat artıq bu ölkənin dövlət siyasətinə çevrilib./Milli.Az



Xəbər 2774 dəfə oxunub.




09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +