Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


12.05.2018  13:49 

Polkovnikin həbs müddəti artırıldı





A+  A-

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, saxlanılan şəxslərin həbs müddəti daha 3 ay artırılıb.

Həmçinin, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində seçilən həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün daha 3 ay uzadılıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qarovul rəisi Ceyhun Səmədov bu yaxınlarda təqaüdə göndərilən, Penitensiar Xidmətin rəis müavini olmuş ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Xəbər 3220 dəfə oxunub.




09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +