Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


27.04.2018  14:08 

“AMAY Abdulla”ya qarşı qaldırılan iddiaya baxılmadı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə şəxsə satmaqla dələduzluq etməkdə təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmişlər mülki iddia qaldırıraraq adıçəkilən şəxslərin onlara dəyən ziyanı ödəməsini istəyiblər. İddia məhkəmə icraatına qəbul edilib.

Eyni zamanda, zərərçəkmişlərdən biri həm də “Amay Abdulla”ya qarşı iddia qaldıraraq onun da prosesə cəlb edilməsi və ziyanın ödənilməsi üçün ondan pul tutulmasını istəyib. Hakim bildirib ki, A.Abdullayev bu işdə təqsirləndirilən şəxs olmadığı üçün onun barəsində iddiaya baxıla bilməz.

Daha sonra azadlıqda olan təqsirləndirilən şəxslərin həbs edilməsi üçün verilən vəsatət də təmin edilməyib.

Proses mayın 11-də davam etdiriləcək.

İttihama görə, 47 nəfər zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Qeyd edək ki, "Xudafərin" MMC-yə "AMAY Abdulla" ləqəbi ilə tanınan Abdulla Abdullayev rəhbərlik edib.

Xəbər 2964 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +