Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


28.09.2017  13:02 

Şeyxin qudası DANIŞDI: “Çingiz Qənizadə camaata çox işgəncələr verib”





A+  A-

"Əgər mən bir şeyi deyirəmsə, deməli onu düz deyirəm. Mən Çingiz Qənizadə haqqında heç bir yalan məlumat verməmişəm. Mən demişəm ki, Çingiz Qənizadənin keçmişi qaranlıqdır və sözümün üstündə də dururam. O, məni məhkəməyə verib. Məhkəmədə isə çox şeylər açılacaq. O, gördükləriniz jurnaldır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında şeyxin qudası, keçmiş millət vəkili hacı Qalib Salahzadə deyib.

Hacı Qalib bildirib ki, Çingiz Qənizadə Bakı şəhər prokuroru olanda onu və daha 8 nəfər qohum-əqrəbasını həbs etdirib.
"Onda Çingiz Qənizadə Xalq Cəbhəsinin ən fəallarından idi. İndi isə qayda-qanun var. Camaata xox gəlmə. Get, nə bilirsən onu da elə. Çingiz Qənizadə, sən kimi qorxudursan? Aləmi niyə bir-birinə qatırsan? Nə sözün varsa, məhkəmədə danışarıq. Mən heç səndən o vaxt qorxmamışam, qaldı ki, indi qorxum. Çingiz Qənizadə qardaşımı, əmimoğlunu həbs etdirmişdi. O, camaata çox işgəncələr verib. Hələ mənim özümə qarşı nələri edib, demirəm. Məhkəmədə danışarıq. Mənim vecimə də deyil. Vaxtilə Xalq Cəbhəsində olan adam indi gəlib YAP-çını məhkəməyə verir. Halbuki, bunların özləri indiyə qədər türmədə olmalıydı. Onlar həbs olunmalıdırlar. Cənab prezident humanist adamdır. Ona görə çöldədirlər.
Mən Çingiz Qənizadə haqqında nə demişəmsə, əcəb etmişəm. İndi də deyirəm və sözümün üstündə də dayanıram. Onun keçmişi qaranlıq olmasaydı, niyə həbs olunmuşdu? O, nəyə görə səkkiz ay türmədə yatıb? Çünki camaata əziyyət, işgəncə verib. Çingiz Qənizadə kimdir ki, məni də həbs etdirsin? Çingiz Qənizadə mənim onun haqqında dediyim "keçmişi qaranlıqdır” sözünü necə qəbul edir? Bunu desin bilim”.
Qalib Salahzadə bildirib ki, Çingiz Qənizadəyə kimlərsə dərs keçir.

"Onlar ehtiyat edirlər ki, hacı Qalib yenə də deputat seçilə bilər. Bu, 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqdır. Mən bilirəm ki, bu, kimlərin tapşırığıdır. Kimlərin narahatçılıq keçirdiyini özüm bilirəm. Bunların hamısı mənə qarşı təşkil olunmuş oyunlardır. Burada da əsas məqsəd 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirakımın qarşısını almaqdır. Hətta ola bilər ki, bu oyunlar müxtəlif adamlar tərəfindən təkrar olunsun”.

Xəbər 3182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +