“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.05.2020  12:38 

“Asan İmza” ödənişsiz olacaq





A+  A-

Rəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions şirkəti COVID-19 epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq ​2020-ci il 20 iyun tarixindən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim edəcək.
B.EST Solutions şirkətindən XəzərNews.az-a bildirilib ki, vətəndaşlar üçün ödənişsiz təqdim ediləcək “Asan İmza” xidməti onların sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanını daha da artıracaq. Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcək.

Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub və 18 AZN təşkil edib.

Xəbər 1884 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +