Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


12.08.2021  09:07 

Rusiyada helikopter düşdü, 8 nəfər həlak oldu - Yenilənib





A+  A-

Rusiyanın Kamçatka diyarının ərazisində turistlərin olduğu helikopter düşüb.
Bu barədə XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, helikopter Kuril gölünə düşüb. Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub - 13 turist və 3 ekipaj üzvü.

Bölgənin Səhiyyə Nazirliyində neçə nəfərin öldüyü və sağ qaldığı barədə rəsmi məlumat yoxdur.

Fövqəladə xidmətlərdən isə “RİA Novosti”yə bildirilib ki, hadisədən sonra 7 nəfər xilas edilib.

***

Aparıcı və iqtisadçı Nikolay Korjenevski də Mi-8 helikopterinin göyərtəsində olub.

Bu barədə TASS-a fövqəladə xidmətlərdən bildirilib.

Məlumata görə, jurnalist sağ qalıb və xilas edilib.

Qeyd edək ki, N. Korjenevski “Rossiya-24” telekanalında xəbər aparıcısıdır, daha əvvəl “Ekonomika. Kurs dnya” proqramını təqdim edib.



***

Axtarış-xilasetmə əməliyyatları nəticəsində 8 nəfər xilas edilib.

Onlar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

***

Helikopterin göyərtəsində olan digər 8 nəfər hələlik tapılmayıb.

Bu barədə TASS-a Mi-8-in məxsus olduğu “Vityaz-Aero” aviaşirkətinin kommersiya direktoru Dmitri Çyornıx bildirib.

***

Helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Bu şəxslərdən 7-si sərnişin, 1-i isə ekipaj üzvüdür.

Bu barədə “İnterfaks” agentliyinə bölgənin səhiyyə qurumlarından bir mənbə bildirib.

Bildirilir ki, helikopterin qalıqları qəzaya uğradıqdan dərhal sonra gölün dərinliyinə enib. 6 sərnişin və 2 ekipaj üzvü helikopterdən qurtula və üzərək suyun səthinə çıxa bilib. Onları isə qoruğun əməkdaşları xilas edə bilib.

Xəbər 3164 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +