Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


11.01.2018  08:51 

Neft tankeri partlayıb - 31 nəfərdən xəbər yoxdu





A+  A-

Şərqi-Çin dənizində Panama neft tankeri ilə Honkonq yük gəmisi toqquşub.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində neft tankeri alışıb və partlayış baş verib. Yanğının söndürülməsi üçün göstərilən cəhdlər nəticə vermir.

Gəmidə olan 136 ton maddə ekologiya üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, SANCHI tankeri İran şirkətinə məxsusdur və Panama bayrağı altında fəaliyyət göstərir. Tankerdə olan 32 heyət üzvünün 30-u iranlıdır. Qəzadan sonra onlarla əlaqə kəsilib. Xilasedicilər yalnız 1 nəfərin cəsədini aşkar ediblər.

Honkonq yük gəmisində olan 21 nəfərin hamısı isə xilas edilib.

Hazırda axtarış və xilasetmə əməliyyatlarında Çin, Cənubi Koreya və ABŞ iştirak edir.

Xəbər 2955 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +