Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


24.11.2017  21:46 

Yuxuya nəzarət edən “ağıllı” üzük yaradılıb





A+  A-

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, “ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün daima ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə nəzarət edir.

Bütün məlumatlar süni intellekt vasitəsilə emal olunur.

Cihaz yuxu ilə bağlı mümkün problemləri müəyyənləşdirməyə kömək edir. Sözügedən üzük apnoe xəstəliyi barədə xəbərdarlıq edir. Bu xəstəlik yuxu zamanı insanın çətin nəfəs alması ilə bağlıdır, nəticədə insan yuxuya gedə bilmir, baş ağrılarından əziyyət çəkə, boğula və xoruldaya bilər.

“Go2sleep” qurğusu “Bluetooth” texnologiyasının köməyi ilə smartfona qoşulur və yuxu haqda məlumatları mobil proqrama ötürür. “Ağıllı” üzük şarjsız 3 gecə işləyir.

Cihazın ilkin sifariş qiyməti 89 dollar təşkil edir.

Xəbər 3026 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +