Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


24.11.2017  18:34 

Daha bir ölkə Rusiyanı düşmən elan etdi





A+  A-

Böyük Britaniyanın Baş naziri Tereza Mey Rusiyanı düşmən dövlət elan edib və onun əməllərinə qarşı həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb.
XəzərNews.az dünya mətbuatına istinadla yazır ki, bu barədə Mey “Şərqi Tərəfadaşlıq” sammitində iştirak üçün gəldiyi Brüsseldə açıqlama verib. “Biz “Şərqi tərəfdaşlıq” proqramının genişlənməsinə və inkişafına mane olan və bizim kollektiv gücümüzü parçalamağa çalışan Rusiya kimi düşmən dövlətlərin əməllərinə qarşı ayıq-sayıq olmalıyıq”.

Baş nazirin sözlərinə görə, Britaniya bundan sonra da Avropanın təhlükəsizliyinin qorunması istiqamətində aparıcı rol oynacaq. “Biz Avropa Birliyindən çıxa bilərik, amma Avropada qalıcıyıq” deyə Mey vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə sammitlə yanaşı Mey ölkəsinin İttifaqdan çıxmaqla bağlı qərarının nəticələrini Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla müzakirə edəcək. Baş nazir Brekzitdən sonra da Aİ ilə dərin və qarşılıqlı əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Xəbər 3188 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +