“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


21.11.2025  16:03 

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama





A+  A-

Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin nasaz işləməsi səbəbindən baş verib.

XəzərNews.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra verdiyi açıqlamasında deyib.

“Rusiya tərəfi baş verənlərlə bağlı səmimi şəkildə təəssüfləndiyini də bildirib. Mövcud məlumatların öyrənilməsinin nəticələrinə əsasən, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin bina kompleksinə dəyən ziyanın, çox güman ki, Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi, ehtimal ki, “Patriot” hava hücumundan müdafiə raketinin düşməsi nəticəsində baş verdiyi müəyyən edilib”, - o bildirib.

Qeyd edək ki, noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.

Xəbər 1185 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +