Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı


25.01.2019  13:05 

Övladlığa uşaq götürmək istəyənlərin yaşına baxılacaq





A+  A-

Övladlığa uşaq götürmək istəyən şəxslərin yaş məsələsində də dünya təcrübəsi nəzərə alınacaq və əvvəlki yaş tələbinə yenidən baxılacaq.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.

S.Qocayev qeyd edib ki, burada əksər dünya ölkələrinin, Avropanın, Türkiyənin təcrübəsi öyrənilib:

"Belə ki, minimal və maksimal yaş həddi var. Yaş limiti evli və tək olan şəxslər üçün fərqlidir. Eyni zamanda, övladlığa uşaq götürmək istəyənlə uşağın yaşı arasındakı fərqdə də tələb var. Hazırda bu tələblər üzərində iş aparılır. Bu məsələdə beynəlxalq təcrübə ilə Azərbaycan reallıqlarını nəzərə alacağıq. Biz tək ana və atanın maddi imkanlarını, sosial vəziyyətini deyil, həmin ailədə yaşayan digər şəxslərin xəstəliklərini, əvvəllər məhkum olub-olmadığını da nəzərə alacağıq".



Xəbər 3164 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +