DTX və DİN Şuşada ƏMƏLİYYAT keçirdi
BMT bu ölkəyə görə iclas keçirəcək
Samir Şərifov işçi qrupun rəhbəri oldu
Sabiq prezidentin təhlükəsizlik qüvvələri qəza törədib
Nanənin verilişi bağlandı
Ukrayna ordusu Dobropol istiqamətində irəliləyir
Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə
Sabahın havası: Bakıda buludlu, rayonlarda yağış olacaq
Deputat rektorları tənqid etdi
Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi


07.12.2018  11:53 

Xarici İşlər Nazirliyində nöqsanlar aşkarlandı – RƏSMİ





A+  A-

Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətini yoxlayaraq nöqsanlar aşkarlayıb.
Bu haqda XəzərNews.az-a Hesablama Palatasından bildirilib.

Məlum olub ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb.

Bu, 1 yanvar 2016-cı il tarixindən 1 fevral 2018-ci il tarixinədək olan dövrdə Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesablama Palatasının təsdiqlədiyi hesabatda əksini tapıb.

Auditlə ümumilikdə 59 252,7 min manat vəsait əhatə olunub, xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılıb.

Auditlə əhatə olunan illərdə nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməyib, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulub, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, iki halda ezamiyyə xərci düzgün tətbiq edilməyib, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməyib.

Dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üzrə 2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulub, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilib, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməmiş dövlət rüsumu üzrə borc məbləği qalıb, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülüb.

Nazirlər Kabinetinin 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydaları”na və “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları”na uyğun ciddi hesabat blanklarının uçotu aparılmayıb.

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə 01.01.2018-ci il tarixə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar hesabı üzrə qalıq məbləğlərin bağlanması üçün müvafiq tədbirlər tam görülməyib.

Nazirlik tərəfindən auditdən sonrakı dövrdə təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əksər debitor borcların bağlanılmasına nail olunub.

Hesablama Palatasının Kollegiyası nazirliyin yol verdiyi öqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi, həyata keçirilmiş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surətini Xarici İşlər Nazirliyinə, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında ilin sonuna istifadə edilməyən qalıq vəsaitləri, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə məlumat Maliyyə Nazirliyinə göndərilib.


Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Xəbər 3061 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi

15.09.2025  12:50 

TƏBİB-in sistemi çöküb -FOTOLAR

15.09.2025  12:47 

Məhəmməd Mirzəliyə hökm oxundu

15.09.2025  12:37 

Milli Məclisdə iclas keçirilir

15.09.2025  11:14 

Fərid Qayıbov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +