“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


19.02.2025  10:02 

Kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO





A+  A-

2024-cü ildə ölkədə 52 kişi qadınlar tərəfindən psixi və iqtisadi zorakılığa məruz qalıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

XəzərNews.az xəbər verir ki, Baku TV Azərbaycanda kişilərin qadın zorakılığına məruz qalması ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar "kişilər niyə zorakılığa məruz qalırlar" sualına müxtəlif cavablar veriblər.

"Kişilər vaxtında evə yığışsınlar, döyülməsinlər", "Yəqin ki, özlərini yaxşı aparmırlar", "Çünki kişilər indi iş tapa bilmirlər, pulları yoxdur. Qadınlar işləyirlər, hökmləri çoxdur",
- deyə sakinlər mövzuya münasibət bildiriblər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova kişilər üçün sığınacaq yaradılmasını vacib hesab edir:

"Kişilər daha çox psixi və iqtisadi zorakılığa məruz qaldığından təhlükə yox, qısnamalar var. Həmin şəxslər ölkədəki reabilitasiya mərkəzlərinə müraciət edə bilərlər. Amma 12-18 yaşlı oğlanlar üçün sığınacaq mütləqdir. QHT-lərin nəzdində sığınacaqların açılmasına ehtiyac var".


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, gələcəkdə kişilər üçün sığınacağın yaradılması məsələsi gündəmdə deyil.

Ətraflı süjetdə:




Xəbər 4143 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +