Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


26.11.2025  13:59 

Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir





A+  A-

Ötən gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə önəmli qərarın alındığı iclasda yenə də “Qarabağ”ın baş məşqçisi, İK-nın üzvü Qurban Qurbanov iştirak etməyib.

Belə ki, ötən gün Q.Qurbanov İtalyada komandasını ən böyük klub turniri - Çempionlar Liqasının əsas mərhələsi matçına - “Napoli” ilə görüşə hazırlayırdı. Lakin maraqlı məqam iclasın təcrübəli çalışdırıcının ölkədə olmadığı vaxta təsadüf etməsidir.

İcraiyyə Komitəsi və AFFA rəhbərliyi artıq neçənci dəfədir ki, bu cür addım atır. Vacib qərarlar verilən iclasın İK-nın tərkibindəki tək-tük futbol adamlarından olan mütəxəssisin iştirak etmədən keçirilməsi isə maraq doğurur.

Qurban Qurbanov bundan öncə də bir neçə iclasda iştirak etməmişdi. Hətta o bu ilin aprelində keçirilən Hesabat Konfransına da qatılmamışdı. Həmin gün “Qarabağ” “Səbail”lə Azərbaycan Premyer Liqası matçına çıxacaqdı. Çalışdırıcı da komandasını oyuna hazırlamaq üçün iştirakdan imtina etmişdi.

Bu halın bir neçə dəfə təkrarlanması isə birmənalı qarşılanmır. Azərbaycan futbolunun ən uğurlu adamının, ən uğurlu məşqçisinin fikirlərini almadan vacib qərarların verilməsi ciddi suallar yaradır.

Əgər eyni hal təkrarlanırsa, Qurban Qurbanovun İK-nın tərkibində təmsil olunmasının hansı əhəmiyyəti qalır?

Qeyd edək ki, İcraiyyə Komitəsinin 12 üzvü var. Onların arasında Balakişi Qasımov, Fərid Mansurov, Səməd Qurbanov kimi tanınmış adlar da yer alır.


Xəbər 865 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +