“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


08.06.2018  10:58 

Bakı-Şamaxı yolunda ağır QƏZA - 10-dan çox yaralı var





A+  A-

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.

Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2497 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +