“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


01.01.2018  12:45 

İmişlidə 7 nəfəri vuran sürücü sərxoş olub





A+  A-

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında İmişlidə ağır qəza olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu “VAZ 2107” markalı avtomobillə H.Əliyev prospektində 7 gənci vurub.

Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu yerindəcək keçinib.

Digər 6 nəfər - 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 1499 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +