Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.12.2025  16:14 

Hamı aparat rəhbəri ilə savaş açamlı deyildi ki... - Alqış Musayev





A+  A-

“Mən başa düşürəm. Mehdiyev Prezident Aparatının rəhbəri olub. Konyukturanın öz şərtləri, idarəçiliyin normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair. Hamı durub aparat rəhbəri ilə savaş açamlı deyildi ki. Komanda daxilində konfrantasiya yaratmağa əlavə cəbhə açmağa lüzum da yoxdu. Hamının, o cümlədən sirsifətindən qaramat, xainlik yağan Mehdiyevin də ad gününü, yubileyini təbrik etmək olar”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev deyib.

O qeyd edib ki, Mehdiyev haqqında tərif deyənləri linç etməyin tərəfdarı deyil:

“Amma hər şeyin bir həddi var axı...Mehdiyev haqında təbrik videoları yayılır. Baxıram, sanki danışmırlar, doğurlar. Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb Mehdiyevin şəninə yaraşdırsınlar. Özü də danışanlar sıradan biriləri deyil. Kifayət qədər ciddi status sahibləridirlər. Mehdiyevə "siyasətin akademiki" deyirlər. Mehdiyevə "siyasətin akademiki" deyənlər bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harda görürlər? Mehdiyevi "dərin dövlət" adamı adlandırırlar. Bu birbaşa istintaq üçün əvəzsiz materialdır: dərin dövlət paralel idarəçilik deməkdir. Onda adamdan soruşarlar ki, buyur gəl danış paralel strukturları dərinlik barədə nə bilirsən? Əcaib, həm də qorxulu bir mənzərə yaranır. Axı bu adamlar guya bizim elitamızı təmsil edirlər. Mənim heç şübhəm qalmayıb ki, Mehdiyev fərqli bir dinin daşıyıcısı olsaydı, bu adamlar ona xoş gəlsin deyə dini inanclarını da dəyişərdilər....”.


Xəbər 964 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +