Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.10.2025  17:10 

Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi





A+  A-

Ağsu rayonunda atasının pullarını oğurlayıb Bakıda əyləncə klublarına xərcləyən oğul cəzalandırılıb.

1996-cı il tarixdə Ağsu şəhərində anadan olmuş Kamran Əzizovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Kamran Əzizov Ağsu şəhəri S.Rzayev küçəsi yerləşən evlərindən 400 ABŞ dolları və 6150 manat pulu oğurlayıb. Həmin pul təqsirləndirilən şəxsin atası Sahibə məxsus olub. Zərərkəmiş avtomobilini sataraq pulu yataq otağında döşəklərin arasında saxlayıb. Sahibin oğlu isə onları oğurlayaraq Bakıya gəlib.

Kamran məhkəmədə ifadəsində deyib ki, oğurladığı pulları Bakıdakı müxtəlif əyləncə klublarında xərcləyib. Əməlindən peşman olduğunu deyən Kamran atası ilə barışdığını da dilə gətirib.

Məhkəmənin hökmü ilə Kamran cinayətin törədilməsində təqsirli bilinib, tutulduğu 2 gün müddət çıxılmaqla ona qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək./Qaynarinfo

Xəbər 2715 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +