“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.06.2023  12:15 

Türkiyə heç bir ilkin şərt irəli sürməyib - Mirzoyan





A+  A-

Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistan-Türkiyə nizamlanması üçün heç bir ilkin şərt irəli sürməyib.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında iyunun 5-də 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hər iki tərəf heç bir ilkin şərt olmadığını dəfələrlə bəyan edib. "Məqsədimiz münasibətlərin yekun tənzimlənməsidir", - deyə XİN rəhbəri əmin edib.

O, xüsusilə qeyd edib ki, bu məsələ ilə bağlı bir sıra yüksək vəzifəli şəxslər tərəfindən dəfələrlə fikir və mülahizələr səsləndirilib.

Nazirin sözlərinə görə, erməni soyqırımı faktının tanınması və pislənməsi məsələsi də gündəmdə deyil.

Xəbər 1193 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +