“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.12.2020  09:18 

Almaniyada hər 4 dəqiqədə 1 nəfər koronavirusdan ölür





A+  A-

Almaniyada koronavirus sürətlə yayılmağa davam edir.
XəzərNews.az xəbər verir ki, ölkənin Bavariya ştatında 9 dekabr tarixindən fövqəladə vəziyyət elan olunacaq.

Bavariyanın rəsmisi Markus Söder açıqlamasında bildirib ki, epidemiyaya qarşı tətbiq edilən tədbirlər yetərli deyil və yeni qaydalar tətbiq olunacaq.

Söder Almaniyada “COVID-19” səbəbilə hər 4 dəqiqədə 1 vətəndaşın öldüyünü, Səhiyyə Nazirliyinin var gücüylə çalışdığını bildirib. O, ştatdakı tədbirlərin sərtləşdirilməsinə dair Dövlət Nazirlər Şurasında verilən qərarların çərşənbə axşamı Bavariya Dövlət Məclisinə təqdim ediləcəyini açıqlayıb.

Söder insanların yalnız sağlamlıq, ailə yaxınlarını ziyarət, iş, alış-veriş və məktəbə getmək kimi vacib səbəblərdən çölə çıxa biləcəyini qeyd edib.

Həmçinin, ümumi ərazidə alkoqol qadağasının tətbiq ediləcəyini və saat 21:00 ilə 05:00 arasında komendant saatı tətbiq ediləcəyi vurğulanıb.

Ən çox iki ailənin toplanması və toplanan insan sayının 5-dən çox olmayacağını deyən Söder qaydaların 5 yanvaradək qüvvədə olacağını söyləyib.

Xəbər 1670 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +