“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.11.2022  11:12 

Arvadını bıçaqladı, özünü isə öldürdü





A+  A-

Gəncədə arvadını qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səttar Cəlilovun barəsində cinayət işi başlanılıb.

XəzərNews.az Gəncə Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1120 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +