Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


06.07.2025  18:24 

Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?





A+  A-

Paytaxtın Nizami rayonunda, Bəhruz Nuriyev küçəsi, 20 ünvanında yerləşən Heydər Əliyev adına parkın ərazisindəki dövlətə məxsus parkinq binasının özəlləşdirildiyi və icarəyə verildiyi iddia olunur.

XəzərNews.az xəbər verir ki, Bakupost.az -a daxil olan məlumata görə, hətta parkinqin təyinatı dəyişdirilib.

Qeyd olunur ki, “Lotos” ticarət mərkəzi ilə üzbəüz yerləşən parkinqdə hazırda təmir işləri aparılır. Tikilinin daxildə arakəsmələr yerləşdirilir və binanın strukturuna müdaxilə edilir. Bununla bağlı görüntülər də mövcuddur.

Ərazidə yaşayan sakinlərdən biri saytımıza bildirib ki, dövlətə aid parkinqin təyinatının dəyişdirilməsi yolverilməzdir:

"Mənim eşitdiyimə görə həmin parkinq dövlət hesabına tikilib. Onun tikintisinə 30 milyon manata yaxın vəsait sərf olunub. İndi isə orda vitrinlər yerləşdirilir, arakəsmələr qoyulur, obyektin təyinatı dəyişdirilir”.

Məsələyə aydınlıq gətirmək üçün Heydər Əliyev adına parkın direktoru İlham Məmmədovla əlaqə saxladıq. O, səsləndirilən iddiaları təkzib etdi:

“O parkinq özəl mülkdür, çıxarışı var, bütün icazələri də alınıb. Ordan gələn gəlirin vergisi də verilir. Özəl olduğuna görə, orda aparılan işlərə heç kim qarışa bilməz”.

Parkinkin dövlət və ya özəl mülkiyyət olmasını dəqiqləşdirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Hər iki qurumdan bildirdilər ki, sözügedən tikili onların balansında deyil.

Xəbər 821 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +