Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


05.02.2024  17:34 

Bu evlərə niyə sənəd verilməyəcək?





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Həmin tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilən fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiya işlənib və hökumətə təqdim edilib. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır.

Xəzərnews.az bakupost.az-a istinadən xəbər verir ki, deputat Tahir Rzayev ölkədə təhlükəli zolaqlarda inşa edilən onlarla tikilinin olduğunu bildirib.

Onun sözlərinə görə, belə tikililərlə bağlı müəyyən tədbirlərin görülməsi çox vacibdir:

"Sürüşmə zonasında və vulkanların ətrafında, neftli ərazilərdə tikilən evlər var. Bu evlərə sənəd vermək olmaz. Çünki sürüşmə əraziləri, vulkanların ətrafı təhlükəli zonadır. Orada yaşamaq insanların həyatı üçün təhlükəlidir. Neftli ərazilərdə də çoxlu sayda evlər tikilib. Belə ərazilərdə də yaşamaq insan həyatı üçün təhlükəlidir. İnsanlar illərdir ki, mühafizə zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında, neft borularının üzərində, dəmir yolu xətlərinin kənarında, məqbul olmayan, təhlükəsizliyi təmin olunmayan ərazilərdə ev tikiblər. Ona görə də, bu gün belə evlərə hüquqi sənəd vermək mümkün deyil".



Xəbər 6084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +