Yekaterinburqda Şahin Şıxlinskiyə cinayət işi açılıb
Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu


18.12.2023  15:11 

Onları qəhrəmanlaşdırmaq lazım deyil... - Ekspert





A+  A-

Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə, "TikTok"da canlı yayımlara çıxması müzakirələrə səbəb olub.

Xəzərnews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb.

Bir çoxları Aqşin və Hüseynin "TikTok"da canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin, keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib:

“Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığı deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur - red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməli idi.

Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı.

Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, bir-iki faktı dedin bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, TikTok səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın”.

İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb: “Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır”.

Xəbər 2685 dəfə oxunub.




15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +