Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


10.11.2023  09:13 

Qərbin cəhdlərinə baxmayaraq, Putin...





A+  A-

Qərbin Rusiyanın Mərkəzi Asiyadakı müttəfiqləri ilə münasibətlərini pozmaq cəhdləri uğurlu olmayıb. Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfəri onun özünə inamını göstərdi. Qərb ölkələrinin onları pozmaq cəhdlərinə baxmayaraq, Rusiya Müstəqil Dövlətlər Birliyindəki müttəfiqləri ilə siyasi və iqtisadi əlaqələri davam etdirir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Amerikanın CNBC telekanalının köşə yazarı Holli Eliattın deyib.

Eliattın sözlərinə görə, Mərkəzi Asiya ölkələri Rusiya ilə tərəfdaşlıqda maraqlı olduqları üçün Qərbin Rusiyaya qarşı siyasətini izləmək istəmirlər. O qeyd edib ki, Mərkəzi Asiya dövlətləri bəzi geosiyasi məsələlərdə, məsələn, Ukrayna münaqişəsində “fəaliyyətsizliyə” görə tənqid olunurlar.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya ilə münasibətlərin sarsılmaz qalacağına və siyasi dəyişikliklərə məruz qalmayacağına əmin olduğunu bildirib. Onun fikrincə, Astana ilə Moskva arasında münasibətlərdə heç bir fundamental problem yoxdur.

Xəbər 2849 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +