Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


06.09.2023  11:47 

Qarabağa ABŞ istehsalı olan izləmə sistemləri yerləşdirilib?





A+  A-

Separatçılar ordumuzun hərəkət istiqaməti ilə bağlı yaydığı videogörüntülərlə Bakının “eskalasiyaya hazırlaşdığı”nı ispatlamaq, özlərinin silahlanması, yeni atəş mövqeləri hazırlaması ilə bağlı faktları arxa plana keçirmək istəyirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı çıxış edib.

O, qeyd edib ki, Azərbaycan Ordusunun suveren ərazilərimizdə istənilən istiqamətdə hərəkət etmək hüququ bu cəhdin heç nəyə yaramayacağını deməyə əsas verir:

“Lakin separatçıların belə bir görüntü yayması ordumuzu izləmək üçün texniki imkanlara sahib olduqlarını da ortaya çıxarır. 2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dan Ermənistan ordusunun istifadəsi üçün alınıb, lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilib. 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir. Bu məlumat rəsmi təsdiqini tapmasa da, erməni diasporu/lobbisinin güclü olduğu ABŞ-dan belə bir sistem əldə etdikləri istisna deyil. Mümkündür ki, bu sistemlər hələ də separatçıların əlində qalıb və izləmə prosesi onlar vasitəsilə aparılır”.

A.Nərimanlı əlavə edib ki, separatçılar bu görüntülərlə “Azərbaycan ordusunun hərəkətlərini nəzarətdə saxladıqları”nı da göstərmək istəyirlər:

“Ki, bu Bakıya qarşı müharibə elanı kimi də qəbul edilə bilər, çünki bu görüntülər suveren ərazilərimizdə ordumuza qarşı təhdidin nə qədər real olduğunun da ispatıdır”.

Xəbər 2633 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +