Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü


04.07.2023  17:02 

“Siz vicdansız adamsınız” - Elzanın AYB üzüvlüyü qalmaqal yaratdı





A+  A-

AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev bu gün müğənni Elza Seyidcahana üzvlük bileti təqdim edib və bununla bağlı paylaşım edib.

Müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsi ictimai rəydə birmənalı qarşılanmayıb.

Çingiz Abdullayevin sosial şəbəkədə səhifəsində bununla bağlı çox saylı narazılıq və etiraz şərhləri yer alıb.

İstifadəçilər Elza Seyidcahanın AYB üzvlüyünə qəbul olunmasını başa düşmədiklərini yazıb və xalq yazıçısını qınayıblar.

Çingiz Abdullayev bəzi sərt tənqidlərə cavab verməyə çalışıb.

“Elza şeirlərini özü yazır” -deyə AYB-nin qərarına bəraət qazandırmağa çalışan Ç. Abdullayev bir istifadəçinin “Çingiz Abdullayev AYB-dəkilərdən fərqlənmir” mesajına “mən fəxr edirəm ki, sizdən fərqli olaraq xalqımdan fərqlənmirəm”kimi əsəbi reaksiya verib.

Yazıçı “mən də belə şeirlər yaza bilərəm, üzvlüyə qəbul edin” ironik şərh yazan istifadəçini isə qadınlara hörmətsizlikdə itiham edib: “Yazın. Amma sizə şəxsən bilet verməzdim. Ona görə ki, qadınlara hörmət etmirsiniz”-deyə Ç.Abdullayev yazıb.

O, digər istifadəsçnin “Birlik necədirsə, yazıçıları da ona oxşayır” iradına kəskin cavab verib. “Siz vicdansız adamsınız. Bu itifaqın üzvü olan yazıçılar öz oğullarını Qarabağda itiriblər. Bu İttifaq Azərbaycanı, onun xalqını, dilini, mövcudluğunu qoruyub. Bu ittifaq Müşfiqin, Cavidin, Səməd Vurğunun, Rəsul Rzanın, İsmayıl Şıxlının birliyidir. Siz onu mühakimə edə bilməzsiniz” yazıb.

Şərh yazanlar isə xalq yazıçısına “məsələləri qarışdırmamağa” çağırıblar.

Xəbər 2772 dəfə oxunub.



07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +