Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


20.04.2023  18:53 

Prezident 5 milyon manat ayırdı





A+  A-

Prezident İlham Əliyev Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

XəzərNews.az xəbər verir ki, Sərəncamda deyilir:

“1. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını 16 min nəfər əhalinin yaşadığı Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Xəbər 2673 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +