Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?


19.04.2023  22:44 

Böyük oyunun kiçik fiquru...





A+  A-

Bu adam yaramaz molla hakimiyyətini devirmək və onun yerinə yaramaz Pəhləvilər sülaləsini gətirmək, şah rejimini bərpa etmək üçün hər hoqqadan çıxır.

Budur, Reza Pəhləvinin səsi indi də İsraildən gəlir. Adam xanımı ilə birgə İsrailə getdi, orada baş nazir Benyamin Netanyahu ilə danışıqlar apardı, Holokost qurbanlarının anım mərasiminə qatıldı, İrandan İsrailə köçmüş yəhudi icması ilə görüşdü və nəhayət, məşhur Ağlama Divarını ziyarət etdi, dualar oxudu...

Netanyahu onu keçmiş İran şahının oğlu kimi yox, az qala hazırkı İran hökmdarı kimi böyük təmtəraqla qəbul etdi.

Görünən budur ki, İsrail də Reza Pəhləvinin İranda hakimiyyətə gətirilməsini istəyir.
Beləliklə, Pəhləvilərin yenidən taxt-taca qaytarılmasına çalışan ölkələrin sayı artır. Bu ölkələrə sözsüz ki, ABŞ başçılıq edir.

Maraqlıdır, vaxtilə mollaları Qərbin bir qanadı - Fransa, Almaniya, İtaliya dəstəkləyərək hakimiyyətə gətirmişdi, indi də Qərbin digər (əsas) qanadı - ABŞ, Böyük Britaniya, İsrail mollaları qovub, onların yerinə Pəhləviləri gətirmək planını nəzərdən keçirir.

Və bu zaman İranın 85 milyonluq əhalisinin - xüsusən də 40 milyonluq Güney Azərbaycan türklərinin isə heç rəyini soruşan da yoxdur ki, bəs siz necə, Pəhləvilərin hakimiyyətə qayıdışına razısınızmı?

Soruşmayacaqlar da.

Çünki ortada böyük oyun var. Bunlar 30-40 illik fasilələrlə gah monarxları - Pəhləviləri, gah da mollaları - Xomeyni, Xamenei kimi ayətullahları növbə ilə hakimiyyətə gətirib, hakimiyyətdən düşürəcəklər və beləliklə, İranı daim öz nəzarətlərində saxlayacaq, öz bildikləri kimi yönləndirəcəklər.

Monarxlar və mollalar sanki İranın alın yazısıdır, lənətidir. Bu ölkəni bu iki qrupun vasitəsilə daim farsların əsarəti altında saxlamaq istəyirlər. Bu mənada, Reza Pəhləvi də, mollalar da böyük güclərin qurduğu oyunun kiçik fiqurlarıdır.

Görünən budur ki, Güney Azərbaycan türkləri molla rejiminin devrilməsindən sonra yenə də fars boyunduruğunun altında yaşamağa davam edəcək. Çünki Pəhləvilər və mollalar ikisi də eyni medalyonun astarı və üzüdür.

Lakin Güney azərbaycanlılar böyük güclərin İranla bağlı oyununu poza bilər. Onlar həm molla rejimindən, həm də şah rejimindən biryolluq imtina etməli və Təbriz paytaxt olmaqla öz müstəqil dövlətini qurmalıdırlar. Əks təqdirdə isə, fars əsarəti yüz illərlə davam edə bilər.

P.S.

Reza Pəhləvinin Ağlama Divarı önündəki bu görüntüsü onu göstərir ki, adam artistliyi də yaxşı bacarır.

/Yazının ardı var/

Bəybala Mirzəyev

Xəbər 2633 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +