Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


17.04.2023  15:30 

Heydərovun şirkəti ilə bank arasında qalmaqal





A+  A-

Ləğv prosesində olan "Zaminbank”la "Elite İnternational Management" MMC arasında kredit müqaviləsinə görə mübahisə yaranıb.

Bank şirkəti müqavilə öhdəliklərinə əməl etməməkdə günahlandırır. Mübahisə məhkəməyə qədər uzanıb. Lakin birinci instansiya bankın iddiasını təmin etməyib.

İş hazırda apelyasiya mərhələsindədir. Bankın şikayəti Bakı Apelyasiya Məhkəməsində Raqib Qurbanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdıralacaq.

"Elite İntenrnational Managment” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti hesab edilir. Nazirin biznes strukturları ilə bağlı mediada dərc edilən araşdırma materiallarında da "Elite İnternational Managment” MMC-nin adına rast gəlinir.

Şirkət əvvəl iş adamı Ali Evsenə məxsus "Elite Group”a daxil olub. Ali Evsen Qafqaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Bir neçə il əvvəl isə yayılan məlumatlardan aydın olub ki, "Evsen Group” şirkətini Kəmaləddin Heydərov alıb. Bu fakt İspaniya məhkəməsinin sanskisyası əsasında "Evsen Group” şirkətinin bank hesablarının dondurulmasından sonra üzə çıxıb. Həmin vaxt məhkəməyə təqdim edilən sənədlərdən məlum olub ki, "Evsen Group” artıq Ali Evsenə məxsus deyil./Qaynarinfo

Xəbər 2416 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +