Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


25.03.2023  13:43 

Qarabağda Rusiyanın əməlləri: Azərbaycanın ata biləcəyi addımlar





A+  A-

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 10 Noyabr Bəyanatında təsbit edilən funksiya və mandatından kənara çıxmaqla regionda təhdid mənbələrindən birinə çevrilir.

Qarabağdakı Rusiya ordusunun Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycan ərazilərindəki separatçılara qol-qanad verən silah daşınmasına yardımçı olduğu azmış kimi, bu dəfə də terrorçu ünsürlər üçün yol tikintisinə kömək edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatı:

- Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Müdafiə Nazirliyi bəyan edib ki, sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bəli, sülhməramlı kontingentin xidmət etdiyi zonada baş verənlərin məsuliyyəti Ermənistanla yanaşı, Rusiyanın da üzərinə yüklənir.

Bu yükü qaldırmaq üçün Rusiya siyasi rəhbərliyi, ordu komandanlığı sülhməramlı kontingentin fəaliyyətini 10 Noyabr Bəyanatına uyğun şəkildə qurmaq üçün qərar və əmrlər verməlidir.

Bəyanatdakı müddəalarla sülhməramlı qüvvələrin fəaliyyəti arasındakı tərs mütənasiblik Rusiya Prezidenti Vladimir Putinin də imzasına hörmətsizlikdir.

Hərçənd ki, Rusiyanın qlobal və regional siyasətindəki notlar dəyişməyib, yəni münaqişələrin yaradılması, onların idarə edilməsi, ox yaydan çıxanda isə yeni nəsnələr əlavə edilməsi Moskvanın gündəliyindəki prioritetlərdir.

Azərbaycan Rusiyanın gündəliyindən xəbərdardır, ancaq Bakı Moskva ilə elə bir siyasət aparır ki, Kremlin ambisiyaları neytrallaşsın və əlaqələr qarşılıqlı maraqlara söykənsin.

Açığı, Rusiyanın regiondan əl çəkəcəyini söyləmək primitiv səslənər, çünki Moskva Cənubi Qafqaz platformasını özünün hegemonluq dairəsinin içərisində görmək üçün tarixi istinadlardan yapışır.

Lakin regionun konfiqurasiyasını təyin edən sütunlar dəyişib, Azərbaycanın Qərblə Rusiya arasındakı balanslı siyasəti onun ordu potensialı və müdafiə qüdrətini artırması ilə müşayiət edilir.

Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və Rusiya Ankaranın regionda böyüyən maraqları ilə hesablaşır.

Düzdür, bəzi məqamlarda Rusiya Türkiyə ilə birgə hərəkət etsə də, ümumilikdə tarixi-siyasi rəqabət konteksti bu iki ölkənin regiondakı rəqiblik hərarətini artırır.

Sülhməramlı kontingentin fəaliyyətindəki səmərəsizlik əmsalı artdıqca, regional əməkdaşlıq axsayacaq və bunun özü daha çox Rusiyanın əleyhinə ox formasını alacaq.
Bu baxımdan Rusiya özünün hərbi-siyasi məkanındakı təxribatları praqmatik ideyalar və addımlarla əvəz etməlidir.

Azərbaycan sülhməramlı qüvvələrin sülhyaratmanın elementi kimi nəzəri funksiyası ilə onun əməli müstəvidəki fəaliyyətini təhlil edib strateji nəticələr çıxarmalıdır. Hazırda inandırıcı deyil ki, Azərbaycanla Rusiya sülhməramlı qüvvələrin regiondan çıxarılmasını müzakirə etsin.

Ancaq vaxt və zəmin yetişir ki, Bakı Moskvaya sülhməramlıların xidmətindəki təxribatları göstərib, onların vaxtından əvvəl getməsi üçün əməliyyatları gücləndirsin.

Azərbaycan Qarabağda separatçıların zərərsizləşdirilməsi üçün antiterror əməliyyatlarını da gündəmdə saxlayır. Bunu Azərbaycanla Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11 və 18-ci maddələri ilə tövsif edərək Moskvanın məsuliyyətini fonunda diqqətdə tuta bilər.

Bu, ikitərəfli razılaşma üçün istinad nöqtəsidir, lakin ən vacibi budur ki, separatçılar və ona ruh verən sülhməramlılar Azərbaycanın Konstitusiya ilə təsbit edilən unitar modelinə təhdid formalaşdırırlar.

Bu təhdidləri aradan qaldırmaq üçün diplomatik-siyasi həmlələr effektiv nəticələr vermədikcə ortaya hərbi-siyasi manevrlər girəcək.

Aqşin Kərimov

Xəbər 2133 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +