Yekaterinburqda azərbaycanlılara qarşı növbəti TƏXRİBAT
Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması


04.03.2023  10:31 

Onun aldığı nəfəslə dünya zinətlənirdi...





A+  A-

Dünya nədir ki? Dövr edən fələklər, ay, günəş, səma, yer, axan çaylar, üzən gəmilər və sairə.

İnsan bəs kimdir?

Yaranmışların ən şərəflisi, yaradılış üzüyünün qaşı, İlahi qüdrət və rəhmətin, İlahi həyat və elmin təcəllasıdır insan.

İnsan dünyanı ləzzətə gətirən, ona məna qatandır. İnsan dünyanı abad edən, ona zinət verəndir.

Bir sözlə, dünya insan üçün xəlq olunub, insan isə Allah üçün yaradılıb.

Biz bu gün dünyamızın elə bir insanını itirdik ki, onun aldığı nəfəslə dünya zinətlənirdi, abad olurdu.

Onu Allah gözəl yaratmışdı, o, gözəlliyini qoruyurdu.

O, heç kəsə əziyyət vermədi, ona verilən əziyyətlərə səbr etdi.

O, heç kəsi öz problemləri ilə narahat etmədi, başqalarının problemlərinə dərman olurdu.

O, heç kəsin qəlbini qırmırdı, qəlbini sındıranları əfv edirdi.

O, əxlaqlı və ədəbli idi.

O, elmli və savadlı idi.

O, dərin dünyagörüşə malik idi.

O, şəraiti düzgün dəyərləndirirdi.

O, baş verən bütün hadisələrdə orta yolu tutmağı bacarırdı.

O, ifrat və təfritdən uzaq idi.

O, əsl ziyalı idi.

O, əvəzsiz şəxsiyyətdir.

Onun ziyası hələ uzun illər indiki və gələcək nəsilləri işıqlandıracaqdır.

Onun boşluğunu dolduracaq biri yoxdur.

Bəli, insan Allah üçün yaradılıb. Allah üçün yaradılan və Allah üçün xidmət edən insanlardan biri Hacı Şahin idi.

Əziz dostum və qardaşım uzun illər, lap çox uzun illər sənin bu dünyada yoxluğundan yaranan boşluqdan əziyyət çəkəcəyik.

Allah səni İmam Hüseyndən (ə) ayrı salmasın!
Allah ailənə, balalarıva və sevdiklərivə səbr versin!
Amin!

Seyid Ağarəşid Talıbov

Xəbər 2449 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +