Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


06.01.2023  16:41 

Dəhşət: Onkoloji xəstələr qan ağlayır





A+  A-

9 ildir həm özü, həm də həyat yoldaşı onkoloji xəstə olan Samirə Məmmədova ikinci qrup əlil olmasına baxmayaraq, müayinə və müalicələrinin pulsuz başa gəlmədiyini bildirib.

XəzərNews.az xəbər verir ki, Bakupost.az -a şikayətində pasiyent Milli Onkologiya Mərkəzində hər il müayinələr üçün pul tələb olunduğunu və məcburən həmin məbləği ödədiyini açıqladı:

“Onkoloji xəstələr hər 6 aydan bir müayinə olunmalıdır. Amma imkansızlıqdan mən 3 ildir, yoldaşım isə 2 ildir müayinə oluna bilmirik. Hər il hərəmizə minimum 2 min manat pul gedir. Deyəndə ki, tibbi sığorta ilə müayinə onkoloji xəstələr üçün pulsuz olmalıdır, biz əlilik, həkimlərin heç biri eşitmir. Deyirlər, bizə fərqi yoxdur. Xəstələri illərlə axtarmırlar. Biz İcbari Tibbi Sığortaya, TƏBİB-ə ümidli idik. Onlar da bir işə yaramırsa, hara müraciət edək? Nəyə görə mən boğazımdan kəsib onkologiya mərkəzinə ödəməliyəm? Onkoloji xəstələr üçün ayrılan büdcə hardadır? Niyə bu ölkədə tibbi sığorta hamı üçün eyni şəkildə tətbiq olunmur?”

Şikayətçi dərmanları da özlərinin aldıqlarını, onların baha və keyfiyyətsiz olduğunu bildirdi:

“Həkimlər pulsuz resept yazmır. Mənim qalxanvari vəzim çıxarıldığı üçün hormonal dərmanlar, kalsium preparatları almalıyam. Bizdə yaxşı dərman yoxdur. Dərmanı heç kim vermir. Özüm əczaçıyam deyə hansı dərmanın yaxşı olduğunu bilirəm. Əvvəllər quru yolu açıq olanda Türkiyədən, İrandan gətirirdilər, alırdıq. İndi bu yol da bağlanıb. Keyfiyyətli dərmanlar bahadır. Onları da xəstə özü almalıdır. Heç kimin marağında deyil ki, qeydiyyata alınan bu xəstə neynir? Müalicə alırmı, dərmanı var, sağdır, ya ölüb? Onkoloji xəstələr yiyəsizlikdən, diqqətsizlikdən ölür”.



Xəbər 2659 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +