Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva


15.12.2022  10:24 

Şəhidin doğum günündə ailəsi yeni evlə təmin olunub





A+  A-

Yaşasaydı 50 yaşı tamam olacaqdı şəhid Bəyalının...

XəzərNews.az xəbər verir ki, Masallı rayonunun Böyük Xocavar kəndində Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Bəyalı Məmmədovun doğum günü ilə əlaqədar anım tədbiri və şəhid ailəsi üçün tikilmiş yeni evin açılışı olub.

Anım tədbirində, eləcə də şəhid ailəsi üçün tikilmiş yeni evin açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhid valideynləri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsi ehtiramla yad edilib.

Masallı RİH başçısı Araz Əhmədov və digər çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə Ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Bəyalı Məmmədovun qəhrəmanlığından danışıb, Vətən torpaqları uğrunda döyüşlərdə şücaət göstərən igidlərimizin qısa ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.

Qeyd olunub ki, Böyük Xocavar kəndi mənfur düşmənlərimiz olan ermənilərlə döyüşlərdə altı şəhid verib.

Rayon rəhbəri şəhid ailəsinin problemləri ilə maraqlanaraq, onlara daim dəstək olacaqlarını bildirib.

Şəhidin anası Tahirə Mustafayeva, qardaşı Vüsal Məmmədov onlara, eləcə də müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə, eləcə də ailə üçün inşa edilmiş evlə bağlı əməyi olan bütün xeyriyyəçi insanlara minnətdarlıqlarını ifadə ediblər.

Sonda şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə üstə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məlumat üçün bildirək ki, Bəyalı İlyas oğlu Məmmədov 14 dekabr 1972-ci ildə Böyük Xocavar kəndində anadan olub. 1990-cı ildə Köhnə Alvadı kənd orta məktəbini bitirib, Masallı şəhərində fars dili kursunda təhsil alıb. 1991-ci ildə ordu sıralarına yollanıb.

Birinci Qarabağ müharibəsi zamanı Belarusun Brest şəhərində hərbi xidmətdə olan Bəyalı, erməni quldurlarının Azərbaycana qarşı müharibəyə başlamasını eşidəndə hərbi xidmətini yarımçıq qoyub doğma Vətənə qayıdıb və Milli Ordumuzun Lənkəran batalyonuna yazılıb. Lənkəranda, Ağdamda hərbi təlim keçib, silahın bütün növlərindən istifadə etməyi öyrənib, tank sürməyi mənimsəyib.

Cəbhədə olduğu müddətdə Bəyalı göstərdiyi igidliklərə görə çox keçmir ki, kəşfiyyatçılar qrupuna daxil edilib. Qəhrəman şəhidimiz düşmənə ağır zərbələr endirib, Xocavənd, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. 1992-ci il avqustun 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Subay idi.

Böyük Xocavar kənd tam orta məktəbi şəhid Bəyalı Məmmədovun adını daşıyır.


Akif AĞAYEV
Masallı











Xəbər 2672 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +