Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


20.11.2022  22:10 

Nə baş verib ki, İran belə mövqe sərgiləmək durumuna düşüb?





A+  A-

İranın ali rəhbəri Əli Xameneinin xarici siyasət məsələləri üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin Azərbaycan Respublikası və Azərbaycan xalqı barədə səsləndirdiyi xoş fikirlər İranın Azərbaycana qarşı sərgilədiyi münasibətlər fonunda qeyri-adi görünür.

Elə təəssürat yaranır ki, sanki Əli Əkbər Vilayəti İranın son davranışlarından xəbərsizdir. Ya da ictimaiyyətə bəlli olmayan nələrsə baş verib, İran da bu dəyişikliyə uyğun olaraq öz mövqeyini korrektə etmək zorunda qalıb. Dəyişən mövqeyini keçmiş XİN rəhbərinin dilindən ifadə edib.

Nə baş verib ki, İran belə mövqe sərgiləmək durumuna düşüb?

Yəqin ki, yaxın günlərdə bəlli olacaq. Fikrimcə, nə baş verdiyini anlamaq üçün Vilayətinin açıqlamasını təkrarən oxumaqda fayda var.

Ali rəhbərin müşaviri deyir:

- Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq .

- İranın qüdrəti dostlarımıza deyil, İran və Azərbaycanın və həmçinin digər qonşularımızın düşmənlərinə qarşıdır.

- Azərbaycan xalqı bizim gözümüzün nurudur. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur , xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır.

İran İslam Respublikası bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.

Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır və onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq. İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri, o cümlədən Amerika və sionizm onunla hesablaşır, lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır...

Müşfiq Ələsgərli

Xəbər 2519 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +